Reklam verin!

şeir: Görüntü

Behruz
Fevral 18, 2008 17:46

  GÖRÜNTÜ  

 

   Görüntülərim

 

   Sənə yaxın uzaqlardan,

 

                               Sıçrayır.

 

   Gözlərimdə Şəhər, acıyır

 

   Zaman,

 

   Ayaqlarımın altında közərir...

   Özümə doğru gedirəm

   Baxışların dar keçidlərində,

 

   İtirəm... Habelə itilirəm

 

   Dil ucumda gəzən

 

   İtik sözcüklərlə birgə!

 

şeir: Məngüləşmək

Behruz
Fevral 18, 2008 17:32

  MƏNGÜLƏŞMƏK*  

 

   Alnımdan qopan izlərdir... yollar...

 

   Baxışlarına alınıram

 

                   İzlərini aldığımda

 

   Yollar kimi,

 

  Alınlara alınarkən

 

                   Yollaşıram...

  

   Yollaşmaq gücü məndə

 

   Yollanmaq zoru səndə

 

   Yol kimi

 

           İzlərinin altından

   Alnına alınarkən

 

                   Sənlə birgə yollaşıram, yollaşırıq

 

                                                       Yollar kimi

                                                          Məngüləşirik!_______________________________________   * Əbədiləşmək


şeir: Göstərilişlər

Behruz
Fevral 18, 2008 17:12

  Göstərilişlər 

   Olduğun göstərilişi

   Yağmur altı baxış

              Gözlərimdə yağış…

                        İslanmış fotolar… 

   Şax-şax şaxıram…

                             daşıram

   Ovuclarıma ovulur,

                Yaşlı baxışlar…

                      Boyalı fotolar…

                         Mən, sən, o, hamı

   İslanırıq, boyalar qarışır

   Yenidən tikilirik... itirik!

                        Nə sən, sənsən

                        Nə mən, mənəm

   Boyalar qarışmış,

                  Hamı itmiş…

   Olduğun göstərilişinə uymuş! 

   Mən,

   Ovuclarımda oturmuş

   Yağmur altı baxışla

   Gözlərimdə yağışla!

   “qopart gözlərini” deyə

   Hamıdan üzülmüş...




  Yazılar cəmi: 3